NATO baş katibi: "Bəzi türkiyəli zabitlər sığınacaq istəyib"
18 noyabr 2016 17:03 (UTC +04:00)

NATO baş katibi: "Bəzi türkiyəli zabitlər sığınacaq istəyib"

NATO strukturlarında çalışan bəzi türkiyəli zabitlər çalışdıqları ölkələrdən siyasi sığınacaq istəyib.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq Almaniya mediasında bu barədə dərc olunan xəbərləri təsdiqləyib. O, sığınacaq almaq barədə müraciətlərin Türkiyədəki 15 iyul çevrilişə cəhd hadisəsindəbn sonra daxil olduğunu deyib.

 

Baş katibin noyabrın 20-də Türkiyəyə səfəri zamanı bu məsələ müzakirə olunacaq. Türkiyəni qanunun aliliyinə hörmətlə yanaşmağa çağıran NATOrəhbəri bildirib ki, zabitlərə sığınacaq verilməsi məsələsi onların müraciət etdiyi ölkələrin səlahiyyətindədir.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

APA Baycan

Oxşar yazılar