İndoneziyada BMT və dünya ictimaiyyətin tənqidinə baxmayaraq barələrində ölüm hökmü çıxarılmış 14 narkotik alverçisindən dördü edam edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, güllələnən şəxslərdən üçü nigeriyalı, bir nəfər isə yerli sakindir.
Edam Bakı vaxtı ilə 22.00-da baş tutub.
Barələrində ölüm hökmü çıxarılmış digər 10 şəxs barədə hələlik heç bir məlumat verilmir. Onların hamısının narkotik vasitələrlə əlaqəli cinayət işlər üzrə məhkum olunublar. 14 narkotik alverçisindən 10-nun əcnəbi olduğu bildirilir. Onların milliyyəti barədə məlumat yoxdur.