Mühərriki alovlanan təyyarə təcili eniş etdi
05 sentyabr 2017 07:36 (UTC +04:00)

Mühərriki alovlanan təyyarə təcili eniş etdi

0

Yaponiyanın  “Japan Airlines” aviaşirkətinə məxsus təyyarə Tokioda təcili eniş edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin təyyarəsi havada olarkən mühərriklərin biri alovlanıb.

 

Tokio-Nyu-York marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub. Təyyarənin göyərtəsində 250 sərnişinin olduğu bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar