Moskvada saxta pul hazırlayan azərbaycanlı yaxalandı
10 iyul 2013 11:22 (UTC +04:00)

Moskvada saxta pul hazırlayan azərbaycanlı yaxalandı

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi Moskvada saxta əskinaslar hazırlamaqla məşğul olan cinayətkar qrup aşkarlayıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə,  3 nəfərdən ibarət qrupun üzvlərindən biri Azərbaycan vətəndaşı, ikisi isə Dağıstan sakinidir.

 

Hüquq-mühafizə orqanları əməliyyat zamanı 5 min saxta əskinas aşkarlayıb. Polis cinayətkar qrupu ifşa etmək üçün əməliyyat hazırlayıb. Polis əməkdaşlarından biri müştəri qismində 6 min saxta rublu 50 faiz nominal dəyəri ilə almaq barədə qrup üzvləri ilə razılığa gəlib. “Marksistskaya” metrosu yaxınlığındakı ticarət mərkəzində görüş təyin edilib. Saxta əskinaslar təhvil verilən zaman cinayətkar qrupun üzvləri saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar