Moskva ətrafında “quş qripi” tüğyan edir
04 mart 2017 23:53 (UTC +04:00)

Moskva ətrafında “quş qripi” tüğyan edir

Moskva ətrafının Sergiyev-Posad rayonunun Bereznyzki kəndindəki “Smena “ quşçuluq təsərrüfatında dörd gün ərzində 11 mindən çox toyuq “quş qripi”ndən tələf olub.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müəssisənin ərazisində “quş qripi” epidemiyası fevralın 27-də başlayıb.  

 

Müəssisənin ərazisində martın 2-dən etibarən fövqəladə vəziyyət elan edilib.  “Quş qripi” virusunun yüksək patogenli yeni ştammı Çində 2017-ci ilin fevralında qeydiyyata alınıb. Onun insanlar üçün təhlükəli olmadığı qeyd olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar