Misirdə qarşıdurmanı alovlandıracaq növbəti addım
10 iyul 2013 16:51 (UTC +04:00)

Misirdə qarşıdurmanı alovlandıracaq növbəti addım

Müsəlman Qardaşları Hərəkatının liderləri barədə həbs qərarı verildi

 

Misir Baş Prokurorluğu Müsəlman Qardaşları Hərəkatının lideri Məhəmməd Bədii haqqında həbs qərarı verib.

Lent.az-ın MENA agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Bədii Respublika Qvardiyasının qərargahı önündə yaşanan və 55-dən artıq insanın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olaylar zamanı zorakılığı təşviq etməkdə günahlandırılır.

Baş Prokurorluq Məhəmməd Bediinin müavini Mahmud İzzət, Müsəlman Qardaşları Hərəkatının nüfuzlu nümayəndələrindən İssam əl-Eryan və Məhəmməd əl-Beltagi də daxil olmaqla, ümumilikdə 10 nəfər haqqında həbs qərarı çıxarıb. Müsəlman Qardaşları Hərəkatının sözçüsü Cihad əl-Haddad isə “Reuters” agentliyinə açıqlamasında hələ heç kəsin saxlanılmadığını, Baş Prokurorluğun ittihamlarının Məhəmməd Mursinin prezident postuna qaytarılmasını tələb edən müqavimət hərəkatını dayandırmaq üçün atılmış bir addım olduğunu söyləyib. Onun sözlərinə görə,  bu, polis dövlətinin Adəviyə meydanındakı aksiyaları dağıtmaq cəhdidir. Cihad əl-Haddad haqqında həbs qərarı çıxarılan liderlərin bir qisminin hazırda aksiyada iştirak etdiyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38