İsrailin Müdafiə Nazirliyi Misirin Sinay yarımadasından İsrailə raket atdığını bəyan edib. Lent.az “Asoşeyted Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bununla belə, İsrail tərəfi raketdən müdafiə sistemlərini işə salıb.
Qeyd edək ki, Sinay yarımadasına yaxın yerləşən yaşayış yerlərinin sakinləri partlayış səsi eşitdiklərini deyiblər. İsrail ordusu bölgədə axtarış tədbirlərinə başlayıb. Həmçinin Misirlə sərhəddəki Tapa keçid məntəqəsi də bağlanıb.