Misir giriş vizalarının qiymətini qaldırdı
25 fevral 2017 00:53 (UTC +04:00)

Misir giriş vizalarının qiymətini qaldırdı

Misir hökuməti martın 1-dən giriş vizalarının qiymətini qaldırmaq qərarına gəlib.

 

APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, giriş vizasının qiyməti 25 ABŞ dollarından 60 dollara qaldırılacaq.

 

2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb, bu 2015-ci illə müqayisədə 44,3% azdır.

 

Qeyd edək ki, 2010-cu ildə ölkə turizm sahəsindən 11 milyard dollar əldə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar