ABŞ-da tanınmış repçi Kris Brauna qarşı sui-qəsd olub. Lent.az-ın məlumatına görə, hadisə MTV musiqi mükafatlarının təqdim edildiyi gün baş tutub. Hadisə vaxtı atılan güllə prodüser Suqe Kinqə dəyib. Tanınmış prodüser ağır yaralanıb.
Qeyd edək ki, sui-qəsdin həyata keçirildiyi məkanda Castin Biber və Blək Eyes Pis kimi məşhurlar da olub.
Onu da qeyd edək ki, 1996-cı ildə də buna oxşar hadisə baş verib. Həmin vaxt Suqe Kinqin prodüserlik etdiyi reper Tupak sui-qəsd nəticəsində həyatını itirmişdi. İndi isə prodüser özü güllləyə tuş gəlib.