Məşhur mağara kompleksi İŞİD-dən geri alındı
25 iyun 2017 19:28 (UTC +04:00)

Məşhur mağara kompleksi İŞİD-dən geri alındı

Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin cənub şərqində Nanqarhar əyalətində Tora-Bora mağara kompleksini İŞİD terrorçularından tam azad edib.

 

APA-nın məlumatına görə, bu barədə bu gün “Tolo News” telekanalı məlumat yayıb.

 

Terrorçular döyüşlər zamanı ağır itki veriblər. Əfqanıstan müdafiə nazirinin səlahiyyətlərini icra edən Tarix Şah Bəhrami deyib ki, İŞİD terrorçularının geri qayıtmasının qarşısının alınması üçün Tora-Borada güclü hərbi baza yaradılacaq.

 

Qeyd edək ki, İŞİD terrorçuları “Taliban” silahlıları ilə bir neçə gün davam edən döyüşdən sonra iyunun 15-də Tora-Bora mağara kompleksini ələ keçiriblər. Bu mağara kompleksində 2001-ci ilin sonlarında “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə ben Laden gizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

APA Baycan

Oxşar yazılar