Merin evi qarət olundu
16 mart 2019 09:10 (UTC +04:00)

Merin evi qarət olundu

İspaniya paytaxtının xanım meri Manuela Karmenanın evi qarət edilib.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Seqovya əyalətinin San-Rafael qəsəbəsində baş verib.
 
Madrid merinin evini qarət etməkdə şübhəli bilinən iki nəfər – bir qadınla kişi artıq həbs olunub. Bildirilir ki, onlar Qudilyos və San-Rafael qəsəbələrində silsilə oğurluqlar törədiblər. Həmin evlərdən biri də Madrid rəhbərinin evi olub.
 
Oğurluq nəticəsində 75 yaşlı merə xeyli ziyanın dəydiyi deyilir. Oğurlanmış əşyaların böyük qismi isə polis tərəfindən tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar