Meksikada zəlzələ 61 can aldı
09 sentyabr 2017 20:13 (UTC +04:00)

Meksikada zəlzələ 61 can aldı

0

Meksika sahillərində 8,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto bildirib.  

 

Qeyd edək ki,  8,2 bal gücündə zəlzələ ötən gün saat 04.49-da (Bakı vaxtı ilə 08.49-da baş verib. Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, yerin səthindən 33 km dərinlikdə qeydə alınıb.  

 

Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar