Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
APA-nın məlumatına görə, o, bunu “Venezolana de Television” telekanalının efirində bəyan edib.
“Görüş hərbi, maliyyə, iqtisadi və digər sahələrdə sazişlərin həyata keçirilməsi məqsədi ilə keçiriləcək”, deyə N.Maduro bildirib.
Məlumata görə, danışıqlarda həmçinin neft qiymətləri diqqət mərkəzində olacaq.