Venesuela prezidenti Nikolas Maduro yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro bu barədə Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
“Mən tezliklə Rusiyaya səfər etməyi planlaşdırıram. Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik”, - deyə Maduro bildirib.
Onun sözlərinə görə, Venesuela və Rusiya arasında yaxın və etibarlı əlaqələr mövcuddur.
“Putin sülhün bərqərar olmasına çalışan əsas dünya liderlərindən biridir”, - deyə Maduro qeyd edib.