Maduro bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək
Venesuela Prezidenti Nikolas Maduro bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəyini söyləyib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, onu Nyu-Yorkada vitse-prezident Delsey Rodrigez əvəzləyəcək.
Prezident xalq qarşısında çıxışı zamanı deyib ki, bu il BMT Baş Assambleyasının iclasına vitse-prezident Delsey Rodrigez və xarici işlər naziri gedəcək: “Keçən il Nyu-Yorkda idim, bu il getməyəcəm. Rodriges ABŞ-ın sanksiyalarına qarşı çıxan milyonlarla vətəndaşın imzaladığı məktubu BMT baş katibinə təqdim edəcək”.
576