Lukaşenko Putin, Merkel və Ollanddan danışıb
14 fevral 2015 16:20 (UTC +04:00)

Lukaşenko Putin, Merkel və Ollanddan danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin həlli üçün Minskdə danışıqlar masasına oturan “normand dördlüyü”nün üzvlərindən olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin şəxsi keyfiyyətləri barədə danışıb.

 

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Belarus lideri bildirib ki, “Putinin kompromisə gedə bilməsi, Merkelin insanlığı, Ollandın isə xeyirxahlığı” nəticəsində Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda müsbət nəticə əldə olunub.

 

Qərb liderləri münasibətlərdəki uzun fasilədən sonra A. Merkel və F. Olland ilə danışıqların onda hansı təəssüratlar yaratdığı ilə bağlı suala cavab verərkən A. Lukaşenko deyib: "Açığı, Ollandın bu cür xeyirxah və ehtiyatlı olduğunu gözləmirdim.  Merkelin insanlığı isə, digər keyfiyyətlərindən öndə gedir. Təbii ki, onun yaxşı keyfiyyətləri kifayət qədərdir".

 

Bununla belə, Belarus prezidentinin sözlərinə görə, bu, rəsmi Minskin Qərblə münasibətlərinin normallaşması demək deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar