Los Ancelesdə fövqəladə vəziyyət rejimi tətbiq edildi
04 sentyabr 2017 04:31 (UTC +04:00)

Los Ancelesdə fövqəladə vəziyyət rejimi tətbiq edildi

0

Kaliforniya ştatının  qubernatoru Cerri Braun Los Anceles dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna şəhər yaxınlığında tügyan edən meşə yanğınları səbəb olub.

 

Los-Anceles və meqapolisə yaxın yaşayış məntəqələrindən azı 700 nəfər təxliyə edilib. Hazırda alov 25 kvadrat kilometr ərazini əhatə ediv, azı 3 yaşayış evinə ziyan dəyib.

 

Alovun söndürülməsinə mindən çox yanğınsöndürən cəlb olunub. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar