ABŞ-ın Missisipi ştatındakı Cekson şəhərində soyğun hadisəsi zamanı 3 nəfər ölüb.
APA-nın “MS News Now” telekanalına istinadən verdiyi məlumata görə, hadisə şənbə günü yerli vaxtla saat 20.50 (Bakı vaxtı ilə bu gün saat 06.50) radələrində “Bill's Pawn Jewelry Coin/Stamp Exchange” adlı lombarda baş verib.
Soyğunçu lombardda 60, 70 və 81 yaşlı üç nəfəri güllələyib. Öldürülənlərdən biri lombard sahibidir.