Litva ABŞ hərbçilərinin ölkə ərazisində daimi olmasını dəstəkləyir. APA-nın “Delfi”yə istinadən verdiyi xəbərə görə, bunu Litva XİN rəhbəri Linas Linkyaviçus deyib.
“Hərbi kontingentimizin çox məhdud olduğundan ABŞ qoşunlarının ölkədə daimi olmasını dəstəkləyirik”, - deyə Linkyaviçus bildirib.
Linkyaviçus amerikalılara havadan müdafiə məsələsinin də çox vacib bənd olduğunu bildirib: “Litvanın, demək olar ki, havadan müdafiə sistemi yoxdur”.
Bununla belə, Litva konstitusiyası ölkə ərazisində başqa ölkələrin hərbi bazaların olmasını qadağa edir.