Lenta.ru-nun əməkdaşlarından yeni baş redaktora etiraz
12 mart 2014 23:47 (UTC +04:00)

Lenta.ru-nun əməkdaşlarından yeni baş redaktora etiraz

Rusiyanın nüfuzlu on-line xəbər saytlarından olan Lenta.ru-nun əməkdaşları yeni baş redaktora etiraz edirlər.

 

Onlar öz bəyanatlarını sayta da yerləşdiriblər. Bəyanatda deyilir, ki, təsisçi - «Афиша-Рамблер-SUP» şirkəti baş redaktor Qalina Timçenkonu işdən azad edərək onun yerinə Aleksey Qoreslavskini təyin edib.

 

Redaksiya əməkdaşları bunu ədalətsiz sayırlar. Onlar düşünürlər ki, bu, müstəqil şəxsin işdən azad edilməsi, onun yerinə hökumətin adamının təyin edilməsi, redaksiyaya təzyiq və senzura cəhdidr.

 

Bəyanatda deyilir ki, Rusiyada azad jurnalistikanın meydanı daralır, redaksiyalar ya birbaşa Kremldən idarə olunur, ya kuratorlar vasitəsilə hökumətin sifarişini yerinə yetirir, ya da iş yerini itirməkdən qorxan redaktorlar tərəfindən idarə edilir.

 

“Biz bilirdik ki, bizim də arxamızca gələcəklər. Hər halda istədik ki, bunu siz də biləsiz. Bəzi KİV-lə bağlanıb, bəziləri yaxın aylarda bağlanacaq. Dərd orasında deyil ki, daha bizlər üçün işləməyə yer qalmayıb. Dərd orasındadır  ki, deyəsən, daha sizlər üçün oxumalı bir şey qalmayıb”.

 

Bəyanatı redaksiyanın 70-dən çox əməkdaşı imzalayıb.

 

Azadlıq Radiosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar