“Mahaçqala su-kanal” ASC-nin baş direktoru şəhərdə qeydə alınan kütləvi zəhərlənmə faktları ilə əlaqədar saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.
Bu gün Dağıstan respublikasının başçısı Ramazan Abdulatipov Rusiya prezidenti Vladimir Putinlə görüşdə Mahaçqalada kütləvi zəhərlənmənin səbəbini açıqlayıb.
Onun sözlərinə görə, zəhərlənməyə içməli su səbəb olub. Hadisə sakinlərin istifadə etdiyi içməli suyun kanalizasiya sularına qarışması nəticəsində baş verib.
Mahaçqalada bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 675 nəfərə çatıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.