Kubanın bir palatalı parlamenti oktyabrın 10-da bu ilin fevralında Referendumla qəbul edilmiş ölkənin yeni konstitusiyasının müddəalarına uyğun olaraq respublika prezidentini seçmək üçün fövqəladə iclas keçirəcəkr.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə ölkə parlamentində bildirilib.
Yığıncaqda Kubanın vitse-prezidenti, Dövlət Şurasının üzvləri və parlament sədrinin seçiləcəyi də qeyd edilib.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək ümumxalq səsverməsində 6.81 milyondan çox kubalı, səsvermə hüququ olan vətəndaşların 73.3% -i ölkənin yeni konstitusiyasının təsdiqlənməsinin lehinə səs verib.
Kuba Milli Seçki Komissiyasının məlumatına görə, referendumda fəallıq 84,4 faiz olub.