Krımda ATƏT-in Gənclər Sammiti öz işinə başlayıb
20 iyul 2013 23:32 (UTC +04:00)

Krımda ATƏT-in Gənclər Sammiti öz işinə başlayıb

Ukraynanın Krım Muxtar Respublikasında ATƏT-in Gənclər Sammiti öz işinə başlayıb. ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, Krımın ən məşhur uşaq düşərgəsi olan “Artek”də keçirilən sammitdə çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara bildirib ki, quruma üzv olan ölkələrin nümayəndələrinin qatıldığı tədbirin əsas məqsədi tolerantlığın, müxtəliflik prinsiplərinin inkişaf etdirilməsi və ayrıseçkililiyə qarşı tədbirlərin gücləndirilməsidir:  «Biz əminik ki, gənclərin bu işdə iştirakı ATƏT-in məqsəd və hədəflərin yerinə yetirilməsində töhfə verəcək. Ayrıseçkiliyə qarşı mübarizədə və müxtəliflik, qarşılıqlı hörmət və qarşılıqlı anlaşmanın inkişafında gənclərin xüsusi rolu var”.

 

ATƏT-in baş katibi Lamberto Zanier isə öz çıxışında qeyd edib ki, gənclər təhlükəsizlik məsələləri üzrə dialoqda iştirak etməlidir, çünki bu məsələ onların gələcəyinə təsir edən amillərdəndir.

 

Qeyd edək ki, “Bizim fərqimiz bizim sərvətimizdir, bizim birliyimiz bizim gücümüzdür" şüarı altında keçirilən sammit öz işinə avqustun 1-də yekun vuracaq. Tədbirdə ATƏT-ə üzv olan ölkələri təmsil edən gənc nümayəndələr iştirak edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38