Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud martda İndoneziyaya səfər edəcək.
Trend-in məlumatına görə, kralın baqajı 456 ton təşkil edəcək.
Baqajın 400 tona yaxını Bali adasına yollanacaq. Bu baqaja 2 “Mercedes” avtomobili, eləcə də 2 elektrik lifti daxildir.
Kralı səfər zamanı 1500 nəfər müşayiət edəcək. Bundan başqa, krala xidmət göstərmək üçün xüsusi olaraq 600-ə yaxın adam ayrılacaq.
Kral Salmanın səfəri martın 1-dən 9-dək davam edəcək.