Kosta-Rika parlamenti səhvən həmcinslilərin «nikahını» qanuniləşdirib
06 iyul 2013 02:33 (UTC +04:00)

Kosta-Rika parlamenti səhvən həmcinslilərin «nikahını» qanuniləşdirib

Kosta –Rikanın parlamenti səhvən həmcinslilərin «nikah»ını leqallaşdıran qanun layihəsini qəbul edib.

 

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, mühafizəkar-deputatlar bildirib ki, layihədəki uyğun dəyişikliklərə oxumadan səs veriblər. Bu üzdən də onlar səhəri gün prezident Laura Çinçilyadan həmin qanuna veto qoymasını xahiş ediblər. Prezident isə onların bu istəyinə əməl etməyib.

 

«Kosta –Rika irəliləməli və bu qanun qüvvəyə minməlidir»-deyə, xanım prezident bildirib.

 

Mühafizəkar-deputatlar isə öz növbələrində məsələni məhkəməyə çıxaracaqlarını bəyan ediblər.

 

«Latın tayms»-ın məlumatına əsasən, mübahisəli dəyişikliklər «Gənclər haqqında qanuna» edilib. Yeni sənədə əsasən,  nikah «insan ləyaqətini diskriminasiya etmədən» gerçəkləşdirilməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar