Fransada Kosovonun sabiq baş naziri Ramuş Haradinay həbs edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, həbsin detalları açıqlanmır.
1998-1999-cu illərdə Kosovo albanlarının səhra komandiri olan R.Haradinay Serbiyada hərbi cinayətkar sayılır. 2012-ci ildə Haaqa Beynəlxalq məhkəməsi Ramuş Haradinay və hərbi cinayətlərlə bağlı daha iki nəfərə bəraət qazandırıb.
R.Haradinay 2004-2005-ci illərdə qondarma Kosovo dövlətinin baş naziri olub.