Əhəd Abıyevin bayraq qalmaqalı Kolumbiya mətbuatında -<span style="color:red;"> FOTO
11 noyabr 2016 11:09 (UTC +04:00)

Əhəd Abıyevin bayraq qalmaqalı Kolumbiya mətbuatında - FOTO

Kolumbiya mətbuatı Daşkəsənin icra başçısı Əhəd Abiyevdən yazıb.

 

Lent.az-ın colombia.com-a istinadən məlumatına görə, yerli mətbuatda çıxmış məqalədə Əhəd Abiyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.

 

Məqalədə bildirilir: “Əhəd Abıyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abıyev əsgərlərin qarşısında “şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus  olduğunu anlayan Ə.Abıyev məyus olub. Həm də bilinməlidir ki, Ə.Abıyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır.  

 

Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan və Ermənistan arasındakı mövcud konflikt 1991-ci ildə Dağlıq Qarabağ ərazisi uğrunda başlayıb. Sonda həmin ərazidə hökmranlığı ələ alan Ermənistan Azərbaycan bayrağına bənzər “göy, sarı, qırmızı” üçrəngli bayraq seçiblər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar