ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 10 faiz qabaqlayır.
APA-nın məlumatına görə, Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 39 faizini toplaya bilər.
Bir ay əvvəl telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 6 faiz təşkil edirdi.
Avqustun 2-də “Reuters” agentliyi və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş sorğunun nəticələrinə görə Klinton Trampı 8 faiz qabaqlayıb.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.