Klinton daha 3 ştatda üstünlüyü ələ aldı
09 noyabr 2016 07:22 (UTC +04:00)

Klinton daha 3 ştatda üstünlüyü ələ aldı

ABŞ Demokratlar Partiyasından ölkə prezidentliyinə namizədliyi olan Hillari Klinton Virciniya, Men və Minnesota ştatlarında rəqibini qabaqlayır.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Virciniya üzrə bülletenlərin hesablanmış 82 faizinin nəticəsinə görə, Klinton  47,5 faiz, Tramp isə 47,3 faiz səs toplayıb.

 

Men ştatında səslərin hesablanmış 10 faizinin nəticəsinə görə, Klinton  48,9 faiz, Tramp isə 43,8 faiz səs toplayıb.

 

Minnesota ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə seçicilərin 53 faizi Klintona, 39,1 faizi isə Trampa səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar