Kiyevdə “Ukrayna dəmir yolları” ASC-nin elektrik təchizatı departamentinin rəhbəri Valeri Lyudmirski oğurlanıb.
APA-nın UNN-ə istinadən verdiyi xəbərə görə, məmur itini küçədə gəzdirərkən hücuma məruz qalıb.
Naməlum şəxslər iti güllələyərək V. Lyudmirskini özləri ilə aparıblar. Hadisə yerində 5 giliz aşkarlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.