Özbəkistanın şərqindəki “Frqanazot” zavodunun ammiak sexində baş vermiş partlayış nəticəsində bir neçə şəxs ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin FHN-dən bildirilib.
Ölənlərin dəqiq sayı hələlik açıqlanmır.
Sexdə təmir işlərinin aparıldığı bildirilir.
İnsidentin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.