Türkiyənin ana müxalifət sədrinə cinayət işi açıldı
18 yanvar 2016 12:26 (UTC +04:00)

Türkiyənin ana müxalifət sədrinə cinayət işi açıldı

 Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP)  sədri Kamal Kılıçdaroğlu haqqında araşdırma başladılıb. 

 

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, partiyanın şənbə günü iclasında çıxış edən Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt şəkildə tənqid edib. O, çıxışında Ərdoğanı diktator adlandırıb: “Ərdoğan üçün şərəf və namus anlayışı yoxdur. Ya prezident vəzifəsi düzgün icra elə, tərəfsizliyini qoru, ya da mən sənə hər gün şərəf və namus anlayışlarını xatırladım. Sən prezident seçiləndə şərəfin və namusun üstünə and içmisən. Soruşuram indi, sən şərəf və namusdan nə anlayırsan?”.

İclasda iştirak edən iqtidar nümayəndələri bu sözlərdən sonra həmin yeri tərk edib.

 

Bu gün Ankara Prokurorluğunda Kamal Kılıncdaroğlunun barəsində Ərdoğana dediyi sözlərə görə, cinayət işi başlanıb, araşdırma aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Səlcuq Elçin

Oxşar yazılar