ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya xəbərdarlıq edərək, Ukraynaya hərbi müdaxilə etməməyə çağırıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda xəbəri «Röyter» yayıb.
«Ukraynadakı şəraiti Suriya və Liviyadakı ilə müqayisə edilməzdir. Ona görə də Ukraynanın ərazi bütövlüyünün pozulması ciddi səhv olacaq»-deyə, amerikalı diplomat bildirib.
O, vurğulayıb ki, ABŞ Ukraynaya bir milyard dollar həcmində maliyyə yardımı edəcəyi məsələsini nəzərdə keçirir.