Yanvarın 15-də Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-ın ünvanına sərt ittihamlar irəli sürüb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, Parvan əyalətinə aviazərbələr nəticəsində 8 dinc sakinin həlak olmasında Amerika ordusunu ittiham edib.
«Ötən gecə Parvan əyalətində baş verən bombardman nəticəsində 7 uşaq və bir qadın həlak olub. Daha bir dinc sakin yaralanıb»-deyə, Karzayın bəyanatında vurğulanıb.
Bəyanatda daha sonra bildirilib: «Hakimiyyət bir neçə ildir Əfqanıstan kəndlərində hərbi əməliyyatların tam dayandırılması ilə bağlı ABŞ ordusuna müraciət edir. Ancaq onlar ikitərəfli anlaşmanı pozaraq, yaşayış məntəqələrini yenidən bombalayıb. Bu isə dinc sakinlərin həlak olması ilə nəticələnir».