İzmirdə məhkəmə binasında baş verən partlayışda 1 polis və məhkəmə əməkdaşı şəhid olub.
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, hadisə zamanı 1 polis, 1 isə məhkəmə əməkdaşı ölüb, 11 nəfər mülki vətəndaş isə yaralanıb. Yaralılar qısa bir müddətdə xəstəxanaya çatdırılıb.
Hadisə yerində geniş miqyaslı əməliyyat aparılır. Terroristlərdən ikisi öldürülüb, birinin isə axtarışı davam etdirilir.
****
17:54
Polisin mühafizə otağına çırpılan bombalı yüklənmiş maşının partlamasının ardından baş verən atışmada iki terrorçu öldürülüb. Biri isə hazırda axtarılır. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Türkiyədə hadisənin yayımlanmasına müvəqqəti senzura tətbiq edilib.
**
17:37
İzmirdə məhkəmə binasının qarşısında partlayış baş verib.
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, Bayraklı küçəsində olan məhkəmənin hakim və prokurorların istifadə etdiyi qapısında bombalı hücum həyata keçirən terrorist öldürülüb.
İlkin məlumatda o da qeyd olunub, məhkəmə yaxınlığında avtomobildə də partlayış baş verib.
Hazırda hadisə yerinə çox sayda hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım maşınları göndərilib.
İzmir’de adliye yakınlarında patlama by Sozcu