ABŞ-a məxsus “John S. McCain” hərbi gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş 10 amerikalı hərbçinin meyiti tapılıb.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatında ABŞ, Malayziya, Sinqapur, İndoneziya və Avstraliyanın Hərbi-Dəniz Qüvvələri və Sahil mühafizə xidmətləri iştirak edib.
Avqustun 21-dı Malakka boğazı yaxınlığında “John S. McCain” esminesi Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnmişdi. Nəticədə 5 hərbçi yaralanıb, 10-u itkin düşmüşdü.
Qeyd edək ki, insidentlə əlaqədar ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanını Cozef Okoyn tutduğu vəzifəsindən azad edilib. Buna bu yaxınlarda iki döyüş gəmisinin ticarət gəmiləri ilə toqquşması səbəb olub. Ötən ay ABŞ-a məxsus “Fitzgerald” esminesi konteyner daşıyan gəmi ilə toqquşub.