<b>İtmiş səfirin yanmış meyiti tapıldı</b>
30 dekabr 2016 04:59 (UTC +04:00)

İtmiş səfirin yanmış meyiti tapıldı

Yunanıstanın Braziliyadakı səfiri, bu günlərdə itkin düşmüş Kiriakos Amiridisə məxsus  yanmış avtomobil aşkarlanıb. Avtomobildə olan yanmış meyitin kimə məxsus olduğunu ekspertiza müəyyənləşdirəcək. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanmış avtomobilin şəkli “Globo” telekanalının saytında dərc edilib. Avtomobil səfirin itkin düşdüyü Rio-de-Janeyronun Nova-İquasu bələdiyyəsi ərazisində aşkarlanıb.

 

Qeyd edək ki, ailəsi ilə birlikdə Rio-de-Janeyroda məzuniyyətdə olan 59 yaşlı səfir üç gün evdən gedib və bir daha geri dönməyib. K.Amiridisin həyat yoldaşı onun itkin düşməsi barədə polisi məlumatlandırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar