Avropa İttifaqı Şurasına ötən həftə İsveçrədən Aİ təsisatlarına qoşulmasına dair 1992-ci il tarixli müraciətinin geri çağırılması barədə rəsmi bildiriş daxil olub.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Şura nümayəndəsi məlumat verib.
İsveçrə-Aİ münasibətləri ikitərəfli razılaşmaların əsasında qurulub. Mənbənin məlumatına görə, Aİ üzvlüyünə dair müraciətin geri çağırılmasının bu münasibətlərə heç bir mənfi təsiri olmayacaq.
Qeyd edək ki, İsveçrə 1992-ci ildə Aİ-yə üzvlüyünə dair müraciət edib. Lakin isveçrəlilər elə həmin il keçirilmiş referendumda Aİ-yə üzv olmağın əleyhinə səs verib. O vaxtdan inteqrasiya prosesi dayandırılmışdı.