İsveç naziri: «Ermənistan AB ilə danışıqları pozur»
04 sentyabr 2013 00:28 (UTC +04:00)

İsveç naziri: «Ermənistan AB ilə danışıqları pozur»

«Ermənistanın Rusiyaya inteqrasiyası onun Avropa Birliyi (AB) ilə azad ticarət üzrə razılaşmadan imtinası deməkdir». Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, sentyabrın 3-də İsveçin xarici işlər naziri Karl Bildt bu bəyanatla çıxış edib.

 

Sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın lideri Serj Sarkisyanın görüşündən sonra rəsmi İrəvanın Gömrük İttifaqına daxil olma istəyini bildirib.

 

«Ermənistan AB ilə azad ticarət haqqında danışıqları pozaraq, Rusiyaya inteqrasiya üstünlük verməklə 180 dərəcə döünb»-deyə, Karl Bildt öz «tvitter» səhifəsində yazıb.

 

Xatırladaq ki, cari ilin noyabrında  Avropa Birliyi rəhbərliyi ilə AB-nin «Şərq tərəfdaşlıq» proqramına daxil olan iştirakçı –dövlətlərin liderlərinin zirvə toplantısı keçiriləcək.

 

«Şərq tərəfdaşlıq» təşəbbüsü 2008-ci ildə AB-nin Brüsseldə keçirilən toplantısında İsveç və Polşa tərəfindən irəli sürülüb. 2009-cu ilin mayında isə Praqada təsdiqlənib. Proqramın məqsədi AB-nin Azərbaycan, Belorus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla yaxınlaşmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar