Bu gün İstanbulda baş verən partlayışda ölənlərin hamısı Türkiyə vətəndaşıdır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu açıqlamasınında bildirib.
Nazir çıxışında qeyd edib ki, hadisə nəticəsində yaralanlardan 12-si əcnəbi vətəndaşdır, ümümlikdə 36 nəfər yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır.
****
İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin açıqlayıb. O, partlayışı kamikadzenin törətdiyini, ölənlərdən birinin də məhz həmin terrorçu olduğunu bildirib. Yaralıların sayı 20 nəfərdir. Onlardan 3-nün durumu ağırdır. Yaralılardan 3-ü İsrail vətəndaşıdır.
Hadisə yerli vaxtla saat 10.55-də İstiqlal prospektindəki Balo sokak deyilən yerdə baş verib.
***
İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin açıqlayıb. O, partlayışı kamikadzenin törətdiyini, ölənlərdən birinin də məhz həmin terrorçu olduğunu bildirib. Yaralıların sayı 15 nəfərdir. Onlardan 3-nün durumu ağırdır.
Hadisə yerli vaxtla saat 10.55-də İstiqlal prospektindəki Balo sokak deyilən yerdə baş verib.
Qeyd edək ki, Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı yayım qadağası tətbiq edib.
***
İstanbulda novbəti partlayış baş verib.
Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, partlayış Taksim meydanı, İstiqlal küçəsində saat 11 radələrində qeydə alınıb.
İlkin məlumata görə, partlayış nəticəsində 2 ölü, 7 yaralının olduğu bildirilir. Partlayışın ilkin səbəbinin canlı bomba olduğu ehtimal edilir . Hazırda küçəyə giriş-çıxış bağlanıb. Küçənin üzərindən isə helikopterlər uçur. Hadisə yerinə çox sayda təcili yardım maşını gəlib
Hüquq mühafizə orqanları hadisə yerindədir. Müəyyən təhlükəsizlik tədbirləri görülür.