İstanbulun Sabiha Gokçen hava limanında hərbi çevrilişdə iştirak etməkdə şübhəli bilinən 11 hərbçi saxlanılıb.
APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, bəzi hərbçilərin təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı müqavimət göstərməsi nəticəsində hava limanında qısa müddətli qarşıdurma yaranıb.
Ölən ya da yaralanan olmadığı hadisənin sonunda 11 hərbçi həbs edilib.