İstanbulda 17 jurnalist həbs edildi
30 iyul 2016 04:22 (UTC +04:00)

İstanbulda 17 jurnalist həbs edildi

İstanbul məhkəməsi prokurorluğun iddiasına baxaraq Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 4-ü sərbəst buraxılıb.

 

Həbs olunananlar arasında bir neçə gün əvvəl saxlanılan məşhir jiurnalist Nazlı Ilıcakın da adı var.

 

Qeyd edək ki, "Fətullahçı Terror Təşkilatı"nın hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində aralarında Nazlı İlıcakın da olduğu 42 jurnalistin saxlanılması barədə qərar verilmişdi. Bu günlərdə həmçinin Türkiyədə 3 informasiya agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet və 15 jurnal bağlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar