Bu gün İspaniyanın daha bir regionunda müstəqilliklə bağlı aksiya keçirilib.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Bask regionunda aksiya iştirakçıları 202 km uzunluqda "canlı zəncir" formalaşdırıblar.
Aksiya iştirakçıları Bask regionunun müstəqilliyi ilə bağlı referendum keçirilməsini tələb ediblər.
Aksiyanı Baskdakı "Bizim əllərimizdə" təşkilatı təşkil edib. On minlərlə insan San-Sebastyan şəhərindən Bask regionunun inzibati mərkəzi Vitoridəki parlament binasına qədər canlı zəncir" formalaşdırıblar.
Qeyd edək ki, 1978-ci ildə qəbul edilən İspaniya Konstitusiyasına əsasən ölkə bölünməzdir.
Xatırladaq ki, keçən ilin oktyabrında İspaniyanın Kataloniya regionunda İspaniyanın tərkibindən birtərəfli çıxmaq və müstəqillik elan etməklə bağlı qanunsuz referendum keçirilib. Ancaq regionun müstəqilliyinə faktiki nail olmaq mümkün olmayıb.