İspaniyada daşqın, ölən var
04 dekabr 2016 20:11 (UTC +04:00)

İspaniyada daşqın, ölən var

0

İspaniyanın Andalusiya muxtar birliyində yağan güclü yağış və baş verən daşqın nəticəsində 1 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Malaqa şəhərində 26 yaşlı qadın suda boğularaq ölüb.

 

Məlumata görə, regionun bir çox yaşayış məntəqələri şiddətli yağış nəticəsində su altında qalıb. Təbii fəlakət zonasına polis, xilasedicilər, təcili yardım briqadaları  cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar