İki bacı eyni gündə eyni xəstəlikdən öldü
İki bacı - 54 yaşlı Amanda Uilyams və 57 yaşlı Jaklin müxtəlif ölkələrdə olsalar da, bir sutkada eyni diaqnozdan vəfat ediblər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Amanda Uilyams sentyabrın 5-də İngiltərənin Şepşel şəhərindən Almaniyanın İnqolştadt şəhərinə uçmağa hazırlaşıb. Onun məqsədi İnqoştadtda xəstəxanada yatan bacıcı Jaklinə baş çəkmək olub.
Ancaq qadın uçmağa macal tapmayıb: həmin gün vəziyyəti pisləşib. Onu növbətçi tibb bacısı aşkar edib.
Amanda Qlenfild xəstəxanasına yerləşdirilib və həyat təminatı aparatına qoşulub.
Hər iki bacı həmin gün özlərinə gəlmədən ölüblər. Hər ikisinin ölümünə səbəb beyinə qan sızması olub.
1157