İraqın şimalında, Mosulda «İraq Şam İslam Dövləti» 10 dini obyekt, o cümlədən 7 məscid dağıdıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, İŞİD saytında dağıtdığı məscidlərin və dini-müqəddəs yerlərin buldozerlə dağıdılmasının fotolarını yayıb.
Mənbə bildirib ki, beynəlxalq xəbər agentlikləri ilə əlaqə saxlayan Mosul sakinləri faktı təsdiqləyiblər.
Xatırladaq ki, iyunun ortalarında İŞİD yaraqlıları Mosulu ələ keçirib.