İŞİD 21 xristianın edam görüntüsünü yaydı
İŞİD terror təşkilatı 21 misirlinin edam görüntülərini yayıb. APA TV-nin məlumatına görə, misirli balıqçılar Liviyada edam olunub. Edam olunanların hamısı Misir xristiandır.
Edam videosu yayıldıqdan sonra Misirdə 7 günlük matəm elan edilib. Ölkə prezidenti Əbdül Fəttah əs-Sisinin təhlükəsizliklə bağlı toplantı keçirəcəyi gözlənilir.
Misir prezidenti televiziya ilə xalqa müraciət edib. O bildirib ki, Qahirə 21 misirlinin edamının qisasını almaq üçün cavab addımları atmaq hüququnu özündə saxlayır.
Qeyd edək ki, ötən ilin sonunda Liviyanın Sirt şəhərində bir qrup misirli xristian fəhlə girov götürülmüşdü. Sonradan məlum olmuşdu ki, İŞİD fəhlələri edam edib.
Ötən cümə isə İŞİD Liviyanın paytaxtı Tripolinin 500 kilometrliyindəki Sirt şəhərinin mərkəzində radio stansiyasını ələ keçirib.
247