İŞİD terror təşkilatının lideri Əbubəkir əl Bağdadi ölüm ayağındadır.
Lent.az xəbər verir ki, İraqın “WAA” xəbər agentliyi əl Bağdadi ilə birgə İŞİD-ə rəhbərlik edən 3 komandirin də zəhərlənməsi və ölümcül halda olması barədə məlumat yayıb.
Bildirilir ki, terror təşkilatının daxilində liderlərini zəhərləyən şəxsin tapılıb cəzalandırılması üçün axtarışlar aparılır.