İŞİD terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 56%-ni itirib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 56%-i, Suriyada isə təxminən 27%-i itiriblər”, məlumatda qeyd edilir.
Oktyabrın 17-dən, Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyatda minə yaxın İŞİD silahlısı məhv edilib.
Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.