ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror qruplaşmasının Mosulun qərbindəki xəstəxana kompleksində yaratdığı qərargahı aviazərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir.
“Koalisiya müəyyən edib ki..., qeyd olunan bina tibbi məqsədlər üçün istifadə edilmir və dinc sakinlər həmin binaya daxil olmur”, - deyə məlumatda bildirilir.
Məhv edilən terrorçuların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, Mosulun şərq hissəsi İraq ordusunun tam nəzarətinə keçib.